Təhsil Nazirliyindən məktəblərdə dərslərin bərpası ilə bağlı açıqlama

Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, bununla bağlı müvafiq planlaşdırma işləri aparılır.

“Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”- nazirlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

Əvvəlki məqaləMilli Məclisdə əfv etmə-amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək
Növbəti məqaləTƏBİB sədri vaksinlə bağlı vətəndaşlara müraciət etdi