Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 10 fevral saat 09:00-dək mərkəzin saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər. Sınaq imtahanı 10 fevralda DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir.