Azərbaycanda şəxsin məcburi əməyə cəlb edilməsi halları müəyyənləşir.
APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Məşğulluq haqqında” qanun layihəsinin 9.2 maddəsində əks olunub.
Maddəyə görə, aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
– hərbi xidmət zamanı;
– hərbi və fövqəladə hallar zamanı.