İşgüzar nüfuza xələl gətirən hallar və onun müdafiəsi

Qanunvericilikdə işgüzar nüfuzun müdafiəsinin hüquqi əsasları ilk növbədə Mülki Məcəllənin 23-cü maddəsində əks olunub. Həmin maddə də qeyd edilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Amma bir şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirsin.  Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

Beləliklə, məhkəmə qaydasında işgüzar nüfuzun müdafiəsinə başlamaq üçün 3 əsas elementin birlikdə mövcudluğuna diqqət yetirməliyik:

a) məlumatlar işgüzar nüfuzu ləkələyən olmalıdır;

b) həmin məlumatlar yayılmalıdır;

c) məlumatlar həqiqətə uyğun olmamalıdır (və ya natamam olmalıdır).

Bunların biri olmadıqda, işgüzar nüfuzun müdafiəsi barədə iddianın perspektivi olmayacaqdır.

Mülki Məcllənin 23-cü maddəsinə əsasən işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış  şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Bununla yanaşı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
Mülki Məcəllənin 21-ci maddəsində qeyd edilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Bununla bağlı Vətəndaşın işgüzar nüfuzunun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarızın müdaifəsini tələb edə, mənəvi ziyana görə kompensasiya tələb edə biləriniz.

Nümunə aşağıda göstərilib.

NÜMUNƏ-1

NÜMUNƏ-2

Oxunub: 1928