Qarşılıqlı iddia nədir və hansı hallarda verilir?

Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır.

Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.

Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

Qarşılıqlı iddia aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.

Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Əsas iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:

• pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;

• əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə;
• aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

• müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla;

• müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik məcmusu ilə;

• ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə;

• ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;

• əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə;

• fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə;

• bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə;

• tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra

• sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda— barəsində mübahisə edilən məbləğlə;

• torpaq sahəsi tələbi barədəki iddialarda—torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə.

Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.

Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:

• qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;

• qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;

• qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.

Benefisiar.org

Oxunub: 2469