Hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi müayinəsi necə həyata keçirilir?

Sülh və müharibə dövrlərində müvafiq orqanlarda Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə yararlılığını və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), habelə, orqanlarda xidmət keçməklə səbəb-əlaqəsini təyin etmək məqsədi ilə hərbi-həkim ekspertizası həyata keçirilir.

Tibbi şəhadətləndirmə nədir?

Hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi və qanunvericilikdən irəli gələn digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.

Aydın hərbi-həkim ekspert nəticəsi nədir və nə zaman tələb olunur?

Şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyətidir ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas verməli, müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməməlidir. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsinin keçirilməsi üçün tələb olunur.

  • Hərbi-həkim komissiyalarının qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə uyğun olaraq, hərbi-həkim komissiyalarının iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.
  • Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır.

Şəhadətləndirilmənin təşkil edilməsi:

  • İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrinə həvalə olunur. Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili isə rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur.

Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi

  • Bu tədbirlərin həyata keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunur. Onların təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Səhiyyə Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlar üçün hər il bu tibbi tədbirlər həyata keçirilir.
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.
  • İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibbmüəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi), eləcə də icbari narkoloji müayinəsi başa çatdıqdan sonra, müvafiq formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur.

Şəhadətləndirilmənin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:

A – hərbi xidmətə yararlıdır;

B – sıradankənar hərbi xidmətə yararlıdır;

C – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

Ç – hərbi xidmətə müvəqqəti yararsızdır;

D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. 

Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.

Sağlamlıq vəziyyətinə görə çağırışa möhlətin müddəti nə qədərdir?

Müddət 3 ildir və hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra isə vətəndaş üçün bu hallardan biri müəyyənləşdirilir:

  • Müddətli həqiqi hərbi xidmətə çağırılır;
  • Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdançıxarılır.
  • Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

Sağlamlıq vəziyyətinə görə çağırışa möhlətin müddəti nə qədərdir?

Müddət 3 ildir və hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra isə vətəndaş üçün bu hallardan biri müəyyənləşdirilir:

  • Müddətli həqiqi hərbi xidmətə çağırılır;
  • Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdançıxarılır;
  • Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.

İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən), eləcə də icbari narkoloji müayinədən imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Bu zaman vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.

Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.

Vətəndaş hərbi-həkim komissiyasının qərarından razı olmadıqda hara müraciət edə bilər?

Vətəndaş hərbi-həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına və ya məhkəməyə şikayət verə bilər. Yuxarı hərbi-həkim komissiyasının və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.

Hərbi-həkim komissiyasının hərbi xidmətə yararlılıq, orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Bu qərar o halda qüvvədən düşə bilər ki, qərara yenidən baxılması üçün əsaslı dəyişikliklərə görə təkrar şəhadətnamə keçirilsin.

 Hazırladı: Aynur Məhərrəmli

Oxunub: 782

Əvvəlki məqaləAzad edilmiş ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflər tətbiq ediləcək
Növbəti məqaləÜnvanlı sosial yardımın uşaqpulu kimi verilməsi təklif olundu