Əlilliyin qiymətləndirilməsi qaydaları

ƏngəllilərAzərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:

ümumi səbəblərdən:

• ümumi xəstəlik;

• istehsalat zədəsi;

• peşə xəstəliyi;

• Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;

• hərbi xidmət dövrü ilə əlaqədar;

• hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;

• terror hadisəsi ilə əlaqədar;

xüsusi səbəblərdən:

• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;

• 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;

• hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;

• Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.

Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır.

TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları:

1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət və ya hərbi-həkim komissiyaları tərəfindən reyestrə elektron sənəd formasında daxil edilmiş göndəriş əsasında aparılır.

2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat reyestrə daxil edildikdən sonra altsistemə ötürülür.

3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır.

4. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

5. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqəndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Xidmətə ötürülür və yekun qərar Xidmət tərəfindən qəbul edilir.

TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Müraciət edən şəxsin qərardan inzibati və məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (I dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir.

Benefisiar.org

Oxunub: 2257

Əvvəlki məqaləDövlət qulluğuna qəbulda bu vəzifələrlər bağlı imtahan keçirilməyəcək
Növbəti məqaləSahibkarların mülkiyyəti necə sığortalanır?