Konstitusiya Məhkəməsində iş qaydaları dəyişdi

Konstitusiya Məhkəməsi iş qaydalarında müvəqqəti dəyişiklik edib.

“Report” xəbər verir ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələrini nəzərə alaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1.Konstitusiya Məhkəməsinin Plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2.Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3.Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə Məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

Əlaqə üçün telefon nömrələri: 4929103, 4927961 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi)

Əvvəlki məqaləBu informasiyaların KİV-də yerləşdirilməsi qadağan edilir
Növbəti məqaləBakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılır