Ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır

Xüsusi karantin rejimi dövründə bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb.

Qərarda bildirilir ki, 29 mart saat 00:00-dan etibarən supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.