Bu şəxslər karantin müddətində rayon və şəhərlərdən kənara çıxa bilərlər

“Rayon və şəhərdən kənar tibb müəssisəsinə getmək zərurəti yaranarsa, o halda müvafiq arayış əsasında həmin şəxslər gedə bilərlər”.

“Report” xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Lakin geri qayıdanda onları qəbul etmiş həkimin arayışı olmalıdır. Həmin şəxslər həkimin arayışı ilə qayıda bilərlər. Çünki orada hansı müddətə ləngimələr olduğu qeyd ediləcək. Geri qayıdanda da həmin arayışı karantin postunda göstərməlidirlər”, – o bildirib.

Əvvəlki məqaləDYP icazəsiz rayonlara getmək istəyənlərə xəbərdarlıq etdi
Növbəti məqaləÖdəniş kartlarının istifadə müddətinin uzadılması nəyə xidmət edir?