Nazirlər Kabineti Konstitusiya Məhkəməsinə nə ilə bağlı sorğu verib?

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 28-nə təyin edilmiş iclasında baxılacaq.

Əvvəlki məqaləMüəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək
Növbəti məqaləKonstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib