Sərt karantin rejimi nə vaxta qədər uzadılacaq?

Prezidentin köməkçisi
Şahmar Mövsümov

Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib
Növbəti məqaləYeni növ imtahanın keçirilməsi üçün layihə hazırlanır