Yeni növ imtahanın keçirilməsi üçün layihə hazırlanır

Dövlət İmtahan Mərkəzi (DİM) gələcəkdə yeni növ imtahanın keçirilməsi üçün layihə üzərində işləyir.

“Report” xəbər verir ki, bunu mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi bağlı danışarkən deyib.

DİM sədri qeyd edib ki, “Açıq kitab” (open book) adlanan imtahanda istifadəçinin yardım üçün nədənsə istifadə etsə belə, əsas tələb olunan tapşırığı həll edə bilməsidir: “Hazırda bu layihə üzərində işlənilir. Bunun növbəti imtahanlara heç bir aidiyyəti yoxdur. Bu, sadəcə bir layihədir. Gələcəkdə belə növ imtahanların onlayn keçirilməsi təhlükəsizlik nöqteyi-nəzərdən daha düzgün ola bilər”.

Əvvəlki məqaləSərt karantin rejimi nə vaxta qədər uzadılacaq?
Növbəti məqaləDövlət Xidməti orduda könüllü xidmət etmək istəyənlərə müraciət etdi