Yanvarın 18-də sərt karantin rejimi yumşaldılacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronvirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik yoluxanların sayındakı azalma sərt krantin rejimində yumşalmalara gedilməsi ilə bağlı fikirlər ortaya çıxarır. Hətta yanvarın 18-dən sonra yumşalmaların olacağı ilə bağlı fikir səsləndirənlər də az deyil. Belə ki, yanvarın 18-dən sonra Azərbaycanda sərt karantin rejimində yumşalmlar olacaqmı?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə məndə heç bir məlumat yoxdur:

“Hazırda yanvarın 18-nə kimi ölkədə sərt karantin rejimi tətbiq edilir. Sərt karantinn rejimi ilə bağlı hər hansı məlumat çıxarsa, tərəfimizdən bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Əvvəlki məqaləQaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilikdə dəyişikliklər gözlənilir
Növbəti məqaləDövlət Komitəsinə hansı problemlərlə bağlı müraciətlər edilib?