Peyvəndləmə ilə bağlı elektron qəbul sistemi yaradılacaq

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.

“Report” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistem olacaq.

“Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər”, – məlumatda bildirilib.

Məlumata görə, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.

Əvvəlki məqaləBu tarixdən kafe və restoranlar açılır
Növbəti məqaləKoronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb