Tarif Şurası bu halda dövlət qulluğuna qəbulda ödəniş müəyyənləşdirəcək

Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə biləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Fərmana əsasən, bu sahədə səlahiyyətli orqan Tarif (qiymət) Şurası olacaq.

Əvvəlki məqaləHəkim Məsləhət Komissiyasının vəzifələri müəyyənləşib
Növbəti məqaləŞəhərlərarası avtobus reysləri bərpa edilir