Şəhidlərlə bağlı qanuna dəyişiklik ediləcək

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik ediləcək.

APA-nın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

İclasda 2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat, Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılacaq.

Əvvəlki məqaləBu şəxslərin müalicəsi ilə bağlı icbari tibbi sığorta tarifləri müəyyənləşdiriləcək
Növbəti məqaləMəhkumlar nikaha necə daxil ola bilərlər?