Milli Məclisdə ölkədə medianın, o cümlədən sosial şəbəkələrin mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə keçiriləcək.
APA-nın məlumatına görə, bu parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, sessiya müddətində İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) və aparatın, həmçinin Medianın İnkişaf Agentliyinin (MEDİA) iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.
Eyni zamanda komitədə sessiya müddətində diffamasiya haqda qanunvericilik sahəsində dinləmələrin keçirilməsi də nəzərdə tutulub.