Müharibə əlilləri bu dövlət rüsumundan azad edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənədə dəyişikliklə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad ediləcək.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləVergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi “YAŞAT” Fonduna köçürüləcək
Növbəti məqaləBanklar üçün yeni öhdəlik müəyyənləşir