Milli Məclis Respublika Gününün və Müstəqillik Gününün adının dəyişdirilməsini qəbul etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi III oxunuşda müzakirə olunub.

“Report”un xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qanunun qəbul edilməsi ilə 28 May – Respublika Gününün və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilir. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir.

Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.

Əvvəlki məqaləBanklar dollar qəbulunu niyə dayandırıb? RƏSMİ AÇIQLAMA
Növbəti məqaləElmi işlərin müdafiəsi sahəsində edilən dəyişikliklər açıqlanıb