Azərbaycana gətirilən bu avtomobillər ƏDV-dən azad edilir

Azərbaycana gətirilən hibrid avtomobilləri Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

Əvvəlki məqaləQadınlar üçün iş yerində hansı güzəştlər nəzərdə tutulub?
Növbəti məqaləBu tikinti materialları istehsalçıları bələdiyyə vergisi ödəməyəcək