Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırıla bilər

“Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”.

“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, diffamasiya ilə bağlı da araşdırmalar gedir: “Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir”.

“Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”, – Ə.ismayılov bildirib.

Əvvəlki məqaləMedia ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq
Növbəti məqaləMedia subyektlərinə vergi güzəştləri təklif edilir