Media ilə bağlı yeni qanun layihəsi Milli Məclisdə müzakirə olunacaq

“Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi başlayır”.

“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində işlər artıq yekunlaşıb: “Qısa müddətdə qanun layihəsi Milli Məclisin komitələrində və plenar iclasında müzakirəyə çıxarılacaq”.

Qeyd edək ki, layihənin ilkin variantı sabah – dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.

Əvvəlki məqaləPolis Akademiyasına qəbul qaydası təsdiqlənib
Növbəti məqaləCinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırıla bilər