Bu qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişdi

I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları dəyişib.

APA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.