Müharibədən əziyyət çəkənlərə humanitar yardım edilib -VİDEO

2022-ci ilin fevral – mart ayları ərzində “Benefisiar” Hüquqi Yardım Mərkəzi və şəhid anası Maya Quliyevanın birgə təşkilatçılığı ilə Ağdam rayonunda “Aztəminatlı ailələrə paltar yardımı” akisyası təşkil edilib. Məqsəd müharibədən əziyyət çəkən ailələrin geyim ehtiyaclarını qarşılamaq və onlara mənəvi dəstək olub.

Müxtəlif şəxslərin ianə etdikləri paltarlar, geyim ləvazimatları Mərkəzin Bakı şəhərindəki ofisində toplanıb, sonra isə Ağdam rayonuna yola salınıb.
Mərkəzin Quzanlı qəsəbəsində yerləşən ofisində paltarlar ailələrin ehtiyacına uyğun formada çeşidlənərək yaşadıqları ünvanlara çatdırılıb, bəzi ailələr isə ofisə gələrək ehtiyaclarına uyğun olan geyim əşyalarını götürüblər.

Aksiyadan Ağdam rayonunun Quzanlı, Sarıcalı, Alıbəyli, Xındırıstan, Kəbləhüseynli kənd və qəsəbələrində yaşayan 23 aztəminatlı ailə faydalana bilib.

“Benefisiar” Hüquqi Yardım Mərkəzi vətəndaşlara ödənişsiz hüquqi, sosial yardım göstərən platformadadır.