Deputatın səlahiyyətlərinə xitam verildi

Şahin Seyidzadə

VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.

“Report”un xəbərinə görə, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Belə ki, məsələni təqdim edən MSK katibi Arifə Muxtarova bildirib ki, Prezidentin sərəncamı ilə Şahin Seyidzadə bu il martın 3-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib:

“Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir”.

Yuxarıda sadalananları nəzərə alaraq MSK Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsini nəzərə alıb.

Beləliklə, məsələ səsverməyə çıxarılaraq qəbul edilib.