Təhsil Nazirliyi müəllimlərlə bağlı yeni müsahibəyə start verdi

Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start verilib.

Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.

Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək müsahibələrə 2033 nəfər dəvət olunub. Bu gün keçirilən müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak edəcəklər.

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

Nazirlik iştirakçılara uğurlar diləyib.

Əvvəlki məqalə“Vətən müharibəsi iştirakçısı” medalı alanların reyestrinin aparılması qaydası təsdiqləndi
Növbəti məqaləKorrupsiya ilə bağlı yeni Milli Fəaliyyət Planı təsdiqləndi