Vətəndaşların yaşadığı ünvan üzrə elektron qeydiyyata düşməsi təklif edildi

Deputat
Aydın Hüseynov

“Bizdə vətəndaşların çoxu yaşadığı ünvan üzrə qeydiyyatda deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu da onun səhiyyə və digər xidmətlərdən istifadəsi üçün çətinlik yaradır: “Buna görə də mən təklif edirəm ki, vətəndaşların qeydiyyata düşmə prosesi sadələşdirilsin. Elektron şəkildə vətəndaşların yaşadığı yer üzrə qeydiyyata salınması təmin edilsin. Bu, bu gün çox aktual problemdir və həll edilməlidir”.