Şagirdlərə bu qadağalar tətbiq ediləcək

Şagirdlərə bu qadağalar tətbiq ediləcək.

APA xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda öz əksini tapıb.

Məlumata görə məktəbə kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr gətirmək qadağandır.