Bu məhkəmələrə hakim təyinatı ilə bağlı tələb dəyişir

Yuxarı instansiya məhkəmələrinin hakimi vəzifəsinə təyinatla bağlı tələb yumşaldılır.

“Report”un xəbərinə görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə qanunun 94-cü maddəsindəki “5 il” sözləri “3 il” sözləri ilə əvəz olunur.

Bununla da yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 3 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna biləcək.

Qanunun hazırki variantı isə belədir: “Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər”.