İdxalı qadağan edilən mallar barədə məlumatlar real vaxt rejimində ötürüləcək

Azərbaycanda təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və həmin ölkələrdən idxalı qadağan edilən mallar barədə məlumatlar real vaxt rejimində dövlət orqanının informasiya sisteminə köçürüləcək.

“Report” xəbər verir ki, bu, “Baytarlıq haqqında” qanuna təklif olunan əlavə də dəyişikliklərdə öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bunun üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən istifadə olunacaq.