Notariuslar tərcümənin düzgünlüyü ilə bağlı məsuliyyətdən azad edilir

Azərbaycanda notariuslar tərcüməçinin gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi tərcüməni özləri də təsdiq edə biləcək.

“Report” xəbər verir ki, bu, “Notariat haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Müvafiq qanun layihəsinə əsasən, bu halda, notarius tərcümənin mətninə görə məsuliyyət daşımayacaq.