Müəllimlərin sertifikasiyası ilə bağlı dəyişiklik edilir

Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.

“Report” xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Müzakirələrdən sonra qanun layihəsi I oxunuşda qəbul edilib.