Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların bu qaydası müəyyənləşir

Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası qaydası müəyyən olunur.

“Report” xəbər verir ki, bu, “Qiymətli kağızlar haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin qiymətli kağızların emissiyası, kütləvi təklifi və tədavülü Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun aparılır.