Notariuslar bu şəxslərin ölümü barədə məlumatlandırılacaq

Azərbaycanda qiymətli kağız mülkiyyətçisi vəfat etdikdə bu barəd məlumatlar icraatında olan vərəsəlik işləri üzrə notariuslara, eləcə də müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə veriləcək.

“Report” xəbər verir ki, bu, “Qiymətli kağızlar haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, məlumatlar notarius və konsulluq idarələsinin sorğusu əsasında təqdim ediləcək.