Parlament Məhkəmə-Hüquq Şurasının sədrinin yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihəni təsdiqlədi

Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə sonuncu oxunuşdan keçib.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.