Nazirdən hərbçilərin maaşının artırılması ilə bağlı təklifə reaksiya

Maliyyə naziri
Samir Şərifov

“Azərbaycanda müddətdən artıq xidmət keçən hərbçilərin maaşlarını artırmaq vacibdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, həmin hərbçilər peşəkarlardır və onların stimullaşdırılması, gənclərin bu sahəyə cəlb edilməsi üçün maaşlar yüksək olmalıdır.

“Azərbaycan Ordusu ilə bağlı Prezident İlham Əliyevin müxtəlif tapşırıqları var. Bu işlər da ardıcıl şəkildə həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.

“Bu işlərin nəticəsidir ki, ordumuz çox sayda qələbələrə imza atıb. Təbii ki, proseslər davam edir. Yəqin ki, bu barədə yaxın gələcəkdə məlumat olacaq”, – nazir əlavə edib.