Avropa Şurası hüquqşünaslar üçün kursun ərizə qəbuluna başlayıb

Avropa Şurasının Bakıdakı Ofisi Avropa Şurasının və Avropa İttifaqının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Layihəsi çərçivəsində hüquqşünas tələbələr üçün Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” HELP distant kursuna ərizələrin qəbulunu elan edir. (Avropa Şurasının HELP Proqramı – Hüquqşünasların İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı)

Distant kursu Avropa Şurasının HELP Proqramının sertifikatlı təlimçiləri, Bakı Dövlət Universitetinin müəllimi Elnur Aslanov və hüquqşünas Lalə Fərzəliyeva aparacaqlar.

3 aylıq onlayn kursun oktyabrın ilk ongünlüyündə başlanması nəzərdə tutulur.

Kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.

Kursda iştirak etmək arzusunda olan tələbələr CV-lərini 26 sentyabr 2018-ci il saat 18:00-dək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza və ya (+99412) 599 11 62 (daxili: 17) zəng vura bilərsiniz.

Layihə üzrə məsul şəxs: Vəfa Rövşənova