Azərbaycanda bu məhsullar gömrük rüsumundan azad edildi – Siyahı

Nazirlər Kabineti “Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumlarından azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nı təsdiqləyib.

AzNews.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qərar sentyabrın 24-də qüvvəyə minəcək və 3 il müddətində qüvvədə olacaq.