Pensiya haqqqında qanun kölgə iqtisadiyyatı reallığına uyğun gəlmir

Ekspert: “Pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 olmalıdır”

2018-ci ilin iyununda Azərbaycanda “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin qüvvəyə minməsi nəticəsində pensiya yaşı artırılıb. İqtisadçı Rövşən Ağayev yeni pensiya qanununun beşaylıq nəticələrini təhlil edir. Əgər 1990-cı ildə yaşa görə pensiyaya çıxanların sayı əhalinin 8,8%-ni təşkil edirdisə, 2000-ci ildə 9,2%, 2010-cu ildə 9,5% olub. 2018-ci ildə isə 7,9%-dək azalıb. Sonuncu göstərici 30 ildə ən aşağı olub, iqtisadçı qeyd edib.

Azərbaycan üzrə son rəqəm inkişaf etmiş ölkələrdəki müvafiq göstəricilərə ziddir. Həmin ölkələrdə əhalinin 20%-i dövlətdən yaşa görə pensiya alır. Azərbaycanda üç dəfə azdır. Hökumət üçün çox sərfəli maliyyə durumu yaranıb və ondan ibarətdir ki, pensiyaçıların sayının az olması və pensiyaların aşağı orta səviyyəsi ümumi pensiya xərclərinin ÜDM-in 6%-i səviyyəsində olmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrdə bu göstərici ÜDM-in 10-15%-nə bərabərdir, – R.Ağayev qeyd edib.

Azərbaycan üçün təhlükə odur ki, geniş kölgə iqtisadiyyatında bir pensiyaçının hesabına leqal çalışan maksimum bir işçisinin pensiya sığortasını köçürmək olar. İnkişaf etmiş ölkələrdə bir pensiyaçıya 3-4 nəfərin sığortası ayrılır. Azərbaycanda hətta leqal çaşlışan şəxslər qazancının böyük hissəsini dövlətdən gizlədir. Yəni, bizim bir leqal çalışan da Pensiya Fonduna lazım olduğundan az vəsait köçürür.

R.Ağayev pensiya yaşının bəzilərinin təklif etdiyi kimi, 45-55 yaşınadək azaldılmasının əleyhinədir. Lakin qanuniləşdirilmiş yaş ədalətli və demoqrafiya baxımından ciddi əsaslandırılmış olmalıdır. Kişilər üçün 65, qadınlar üçün 63 yaş pensiya həddi şişirdilib. Ekspet hesab edir ki, 2025-ci ilədək pensiya yaşı müvafiq olaraq 63 və 60 olmalı, 2025-ci ildən sonra əgər orta ömürlülük 75-dək artırılarsa, pensiya yaşını müvafiq olaraq 65 və 63-ə qaldırmaq olar.

Hökumətyönlü ekspertlər qanuna dəyişiklikləri əsaslandıraraq bildiriblər ki, pensiya yaşını aşağı salmaq vacibdir, çünki mövcud normalar köhnəlib. Ölkədə uzun ömürlülük artır və hazırda 72 il təşkil edir. Yaşlı adamların sayı çoxalır, əmək qabiliyyətli insanlar azdır. Ekspertlər bir pensiyaçıya üç işçinin düşməsini normal hesab edirlər, Azərbaycanda isə dəyişiklik qəbul edildiyi vaxtda durum birin-birə nisbətində olub.

Yeni pensiya qanunvericiliyində qocalığa görə müavinət paydan yaranır. Pensiyanın baza hissəsinin ödənilməsi üçün vəsait, təxminən 70 dollar dövlət büdcəsindən daxil olur. Yığım hissəsi Dövlət Fondunda fərdi hesabdan ödənilir. “Ən başlıcası sığorta stajında 9000 dollar yığmaqdır. Əgər pullar yığılmayıbsa o zaman vətəndaşın və ya onun yaxın qohumunun çalışdığı idarə lazımi məbləği ödəyə bilər”, – Dövlət Əhalinin Sosial Müdafiə Fondunun şöbə müdiri Eyvaz İsmayılov bildirib. Əgər pensiyaçıya görə sığorta fonduna heç kim ödəniş eləmir və staj da çatmır, o, staj 25 il olana qədər çalışmalıdır. Respublikada haqq etdiyin istirahətə erkən getmək nəzərdə tutulmayıb.

Rusiyada pensiya yaşı 2019-cu ildən artırılacaq. Qadınlar üçün 55-dən 60, kişilər 60-dan 65 olacaq. Pensiya yaşı tədricən artırılacaq, orta hesabla hər il yarım il müddətinə.

ABŞ-da pensiya sistemi çoxkomponentlidir. Pensiya dövlətin ödədiyi vəsaitdən, həm də yığım hissəsindən yaranır. Yığım hissəsi işəgötürən şirkətin (401K adlandırılan) ödədiyi vəsaitdən ibarətdir, əgər bu, dövlət qulluqçusudursa hökumət fondlarından, həmçinin pensiyaçının özünün əmanətindən ödənilir ki, bu da onun hesabında yığıla bilər və ya qiymətli kağızlara investisiya kimi qoyula bilər və fond tərəfindən idarə oluna bilər. Pensiya yığımlarının hər iki maddəsinə vergi tətbiq edilmir. Əlavə benefitləri ayrıca fondu olan hərbçilər alır. Odur ki, pensiyaçının üç pensiya alması nadir hal deyil. ABŞ-da pensiya yaşı 67-dir. 62 yaşda da çıxmaq olar, ancaq o zaman sosial pensiya yaşdan və xidmət yerindən asılı olaraq hesablanmış aylıq ödənişlərin 70-80%-ni təşkil edəcək. ABŞ-da pensiya yaşının çox olması orta ömürlülüyün daim artması ilə şərtləndirilir ki, bu da 2016-cı ilədək 78,6 il olub.

Turan