51 siyasi məhbus həbsdən buraxılıb – SİYASI

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Benefisiar.org məlumat verir ki, azadlığa çıxanların arasında 51 siyasi məhbus var.  Siyasi Məhbusların Vahid Siyahısının tərtib edilməsi üzrə İşçi Qrupun siyasi məhbus siyahısına görə isə hazırda həbsdə 70-dən çox siyasi məhbus qalır.

Azadlığa çıxan siyasi məhbuslar bunlardır.

(1) İlkin Rüstəmzadə (2) Qiyas İbrahimov, (3) Bayram Məmmədov (4) Gözəl Bayramlı, (5) Rüfət Səfərov, (6) Elgiz Gahraman, (7) Qəhrəmanlı Fuad, (8) Əli İnsanov, (9) Vasif İbrahimov (İsmayıllı hadisələri), (10) Murad Ədilov, (11) Rəşad Ramazanov, (12) Nicat Əliyev, (13) Fikrət Fərəməzoğlu (14) Tofiq Həsənli (15) Əlikram Xurşidov, (16) Lətif Əhmədov (Nardaran hadisələri), (17) Əliyev Ramil (Nardaran hadisələri), (18) Seymur Aslanov (Nardaran hadisələri), (19) Zülfüqar Mikayılov (Nardaran hadisələri), (20) İsmayılov Ruzi (Nardaran hadisələri), (21) Elman Ağayev (Nardaran hadisələri), (22) Əli Hüseynov (Nardaran hadisələri), (23) Elxan Həsənov (Nardaran hadisələri), (24) Sahib Həbibov (Nardaran hadisələri), (25) Nəsirov Elvin (dindar) (26) Ceyhun Səfərli (dindar), (27) Elimxan Hüseynov (dindar), (28) İlqar Xəlilov (Mingəçevir etirazları), (29) Dilqəm Mahmudzadə (Mingəçevir etirazları), (30) İlkin Abdullayev (Mingəçevir etirazları), (31) Talıb Ağamalıyev (Siyəzən etirazları), (32) Kamran Abdullayev (Siyəzən etirazları), (33) Nizami Qəniyev (Siyəzən etirazları), (34) Zaur Şəkərov (Siyəzən etirazları),(35) Abasət Süleymanov (Siyəzən etirazları), (36) Müslüm Əzimov (Siyəzən etirazları), (37) Çoşqun Bəğişov (Siyəzən etirazları),(38) Fariz Kərimov (Siyəzən etirazları), (39) Namiq Məstanov (Siyəzən etirazları), (40) Elçin Əliyev (Siyəzən etirazları), (41) Elnur Seyidov, (42) Mübariz Abdullayev, (43) Rəşad Əliyev (Səid Dadaşbəyli qrupu), (44) Fərid Ağayev (Səid Dadaşbəyli qrupu), (45) Samir Qocayev (Səid Dadaşbəyli qrupu), (46) Rasim Kərimov (Səid Dadaşbəyli qrupu), (47) Bəybala Quliyev (Səid Dadaşbəyli qrupu), (48) Xalid Kazımov (dindar), (49) Qorxmaz Camalov (dindar), (50) Elvin Bünyadov (Nardaran hadisələri), 51 Rasim Cəbrayılov.

Əvvəlki məqaləAldadılmış vətəndaşlar hökumətdən ev istəyirlər (Video)
Növbəti məqaləUn və çörəklə bağlı vergi güzəştlərinin müddəti artırılır