Daşınmaz əmlak obyektinə ünvan Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” na əsasən, aşağıdakı hallarda verilir:
• qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə;
• qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə;
• Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda;
• daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda;
• daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə;
• daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.
Daşınmaz əmlak obyektinə ünvanın verilməsi prosesini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin
• 1 saylı Bakı Ərazi İdarəsinin tabeliyində olan Əmlak Xidmətləri Məkanı;
• ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları həyata keçirir.
Vətəndaş müvafiq orqana aşağıdakı sənədləri təqdim etməlidir:
• Müşayət məktubu (dövlət orqanları və ya bələdiyyələr tərəfindən təqdim edildikdə);
• Ərizə nümayəndə tərəfindən təqdim edildiyi təqdirdə səlahiyyəti təsdiq edən etibarnamə;
• Xidmət haqqının ödənilməsi barədə sənəd;
• Şəxsiyyəti təsdiq edən sənəd;
• Ərizə (fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edildikdə);
• Daşınmaz əmlakın istifadədə olmasını təsdiq edən sənəd;
• Daşınmaz əmlakın icarədə olmasını təsdiq edən sənəd;
• Daşınmaz əmlakın mülkiyyətdə olmasını təsdiq edən sənəd;
• Nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd;
Benefisiar.org