Məhkəmə qərarları ilə bağlı özəl icra mexanizmlər yaradılacaq

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı özəl icra mexanizmləri öyrənilir.

APA-nın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr” adlı görüşdə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

V. Səmədzadə deyib ki, bu istiqamətdə işlər görülür, qanunvericilik aktları hazırlanır.