Məhkəmələr də etibarnamə verəcək

Azərbaycanda məhkəmə daxilində məhkəmə etibarnaməsi veriləcək, notariusa getməyə ehtiyac qalmayacaq.

APA-nın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr” adlı görüşdə Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri Ramin Qurbanov bildirib.

R. Qurbanov deyib ki, Qazaxıstan və digər ölkələrdə bu təcrübə tətbiq edilir: “Məhkəməyə gəldiniz, məhkəmə daxilində elektron etibarnaməni verdiniz, bununla iş bitəcək, notariusa getməyə ehtiyac olmayacaq. Biz hazırda bunun üzərində iş aparırıq”.