Azərbaycan vətəndaşlıq reytinqində neçənci yeri tutub?

Azərbaycan pasportu dünya ölkələri vətəndaşlıq reytinqində Kälinand Kochenov’s Qualityof Nationality Index (QNI) 30,1% ilə 105-ci yeri tutub.

Ötən illə müqayisədə Azərbaycanın göstəricisi  0,2% artıb. Bu barədə noyabrın 20-də dərc edilmiş hesabatda deyilir.

2014-cü ildə Azərbaycan bu reytinqdə 87-ci yeri tutmuşdu, lakin o zaman Azərbaycan vətəndaşlığının keyfiyyəti 29,7% qiymətləndirilmişdi. Bu gün QNI reytinq tərtibçiləri ölkə vətəndaşlığının keyfiyyətini əvvəlkitək “aşağı” qiymətləndirirlər.

Keçmiş SSRİ ölkələri arasında Estoniya liderlik edir (reytinqdə 19-cu yer), Latviya və Litva (Polşa ilə birlikdə) 20-ci yeri bölüşürlər. Bu ölkələrin vətəndaşlığının keyfiyyəti müvafiq olaraq 77,1% və 77% qiymətləndirilir.

Rusiya 62-ci yeri (42%), Ukrayna 75-ci yeri (38.2%), Gürcüstan – 77 (37.5%), Qazaxıstan – 84 (35.7%) Belarus  86 (34,8), Ermənistan  98-ci yeri (31,7%) tutur.

Reytinqin lideri Fransadır (vətəndaşlıq keyfiyyəti 83,5%). Almaniya və Hollandiya 2-3-cü yerləri bölüşürlər (82,8%).

Sonra reytinqdə 24-cü yerə qədər yalnız Avropa ölkələri yer alıb.

25-ci yerdə ABŞ vətəndaşlığıdır. Reytinqi Cənubi Sudan (15,9%, 157-ci yer), Əfqanıstan (15,4%, 158-ci yer) və Somali (13,8%, 159-cu yer) qapayırlar. Sıfır reytinqlə sonuncu yeri Normand adaları tutur.

Reytinq tərtibçiləri vətəndaşlıq keyfiyyətini hesablayarkən ölkə iqtisadiyyatının miqyasını, ölkədəki ictimai asayişi, konkret ölkənin vətəndaşının vizasız daxil ola biləcəyi və ya birbaşa girişdə viza ala biləcəyi ölkələrin sayını, vətəndaşın sərbəst yaşamaq və işləmək hüququna malik olduğu ölkələrin sayını və s. amilləri nəzərə alırlar.

Bu reytinqdə Azərbaycan xarici milli dəyər göstəricisi  üzrə 119-cu yeri tutur (19,2%). Bu göstəricini dörd parametr əks etdirir: hərəkət sərbəstliyinin müxtəlifliyi (15%), hərəkət sərbəstliyinin çəkisi (15%), məskunlaşma azadlığının müxtəlifliyi (15%),  məskunlaşma azadlığının çəkisi (15%).

Yaşayış azadlığı gəstəricisi üzrə ölkə 46-cı yerdədir (3.9%). Yaşayış azadlığının çəkisi vətəndaşlıq sahibinin məskunlaşma azadlığının keyfiyyətini dəyərləndirir. Buna vətəndaşın yaşayış məntəqələrinə çıxışı olan ölkələrdə insan inkişafı (50%) və iqtisadi gücün (50%) öyrənilməsilə nail olunur. Hesablama azadlığının çəkisi ümumi QNI reytinqinin ümumi şkalasının 15% -ni təşkil edir.

Sərbəst hərəkət etmə göstəricisi üzrə Azərbaycan 107-ci yeri tutur (34,5%).

Vətəndaşlıq sahibi vizasız və ya viza ilə qısamüddətli səfərlər edə bildiyi halda, hərəkət azadlığı göstəricisi hərəkət azadlığının keyfiyyətini dəyərləndirir.

Turan İnformasiya Agentliyi

Əvvəlki məqaləƏlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı pul ayrıldı
Növbəti məqaləPsixoloji problemi olan şəxsə niyə pensiya vermirlər?