MSK sədri: “Məntəqədə vətəndaşın telefonunu almağa heç kimin ixtiyarı yoxdur”

MSK sədri
Məzahir Pənahov

“Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur”.

APA-nın məlumatına görə, bunu bu gün “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzair Pənahov bildirib.

MSK sədri deyib ki, bu gün dünyanı sosial şəbəkələr idarə edir: “Dövlətin idarəçilik sistemindən asılı olmayaraq, istənilən ölkənin vətəndaşının sosial şəbəkələrə girişi bərabərhüquqludur. Növbəti addımlarda cəmiyyətin fəaliyyətini tənzimləyən bütün qaydalar, qanunlar sosial şəbəkələrlə tənzimləncək. Bu reallığı hər kəs gözünün qarşısına gətirməlidir”.

M. Pənahov bildirib ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar gözəl bilsə də, açıq şəkildə müzakirəyə etmək istəmir. Amma açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir”.

Əvvəlki məqaləKirayə yolu ilə satılacaq mənzillərin aylıq ödənişləri açıqlanıb
Növbəti məqaləZorakılıqla üzləşən neçə nəfərə mühafizə orderi verilib?