Zorakılıqla üzləşən neçə nəfərə mühafizə orderi verilib?

Ötən il zorakılığa məruz qalan 40 nəfərə mühafizə orderi verilib.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Ötən il verilən mühafizə orderlərindən 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır.

Qeyd edək ki, zorakılığa məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb.

Əvvəlki məqaləMSK sədri: “Məntəqədə vətəndaşın telefonunu almağa heç kimin ixtiyarı yoxdur”
Növbəti məqaləAli məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb – CƏDVƏL