MSK sədri seçki pozuntusu ilə bağlı görüntü yayanlara təşəkkür etdi

“Biz çox vaxt itirməməliyik”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşdirirlər:

“Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırıq. Ancaq bundan da sui-istifadə edənlər var”.