MSK məktubların gecikdirilməsi ilə bağlı açıqlama verdi

“MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərlə bağlı müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi ilə bağlı yayılan iddiaların heç bir əsası yoxdur: “Müraciətlərə baxılan zaman müraciətin poçta təqdim olunduğu tarix əsas götürülür. Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.