MSK bu məntəqələrin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Qurbanəli Yusibov və İbrahim Salamovun şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsi olaraq yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində isə müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17, 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Əvvəlki məqaləMSK məktubların gecikdirilməsi ilə bağlı açıqlama verdi
Növbəti məqaləBu məntəqələrin də nəticələri ləğv edildi